Masallıda iki "Mercedes" toqquşdu: yaralılar var - FOTO

Masallıda yol qəzası baş verib. Hadisə Lənkəran-Boradigah-Masallı magistralının Boradigah kəndi ərazisində baş verib.
Masallı rayonunun Hişkədərə kənd sakini 1973-cü il təvəllüdlü Rövşən Əliyev idarə etdiyi "Mercedes" markalı 99-GG-393 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, Masallı rayonunun Türkoba kənd sakini 1992-ci il təvəllüdlü Nurlan Məmmədovun idarə etdiyi "Mercedes" markalı 44-CK-316 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Toqquşma nəticəsində 44-CK-316 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Nurlan Məmmədov və sərnişini Masallı rayonunun Türkoba kənd sakini 1984-cü il təvəllüdlü Coşqun Rzayev xəsarət alıblar.
Vəziyyəti ağır olan Nurlan Məmmədov Masallıda özəl klinikalardan birinə yerləşdirilib. Həkimlər ona kəllə beyin travması və üst çənə sümüyünün sınığı diaqnozu qoyublar.
Coşqun Rzayev Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (APA)


Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












