Maştağada piyada yol qəzasında öldü

Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yolu keçmək istəyən zaman Maarif İsayev avtomobilin zərbəsinə tuş gəlib. Ağır xəsarətlər alan İsayev 3 saylı şəhər klinik xəstəxanaya Əliyusif Xəlilovun idarə etdiyi “VAZ 2104” markalı minik maşınında çatdırılıb. Ancaq Maarif İsayev xəstəxanaya aparılarkən artıq yolda dünyasını dəyişibmiş.
Bu barədə sonradan rayon polis idarəsinə məlumat verilib. Sürücü Əliyusif Xəlilovun idarə etdiyi “VAZ 2104” markalı avtomobildə əziklər aşkar edilib. Ancaq o, polis əməkdaşlarına bildirib ki, yolu keçən piyadanı Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən onu ötüb keçən digər avtomobil vurub. Zərbənin təsirindən piyada onun avtomobilinin üstünə düşüb. O da həmin şəxsi xəstəxanaya çatdırıb.
Polis əməkdaşları Əliyusif Xəlilovun avtomobilinə baxış keçirib. Onun ifadəsinin düzgünlüyü ərazidə olan müşahidə kamerasına keçiriləcək baxışdan sonra məlum ola bilər.
Faktla əlaqədar Sabunçu rayon polis idarəsində cinayət işi başlanıb. Araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












