“Mercedes” ağaca çırpılıb yandı: 1 ölü, 2 yaralı - YENİLƏNİB

Qəbələdə ağaca çırpılan maşın yanıb,
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yanvarın 6-sı saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.
Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Qəbələ də baş verən qəzada bir nəfər ölüb, ikisi isə xəsarət alıb.
99-KJ-966 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq agaca çırpılıb.
Hadisə nəticəsində xəsarət alanlar ağır vəziyyətdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
***
Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Əmili kəndində baş verib.
İlkin məlumata görə, "Mercedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində ölən və yaralananlar var. (apa)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












