“Mercedes” eyni gündə iki dəfə qəzaya düşdü - ANBAAN VİDEO

Eyni gündə iki dəfə qəzaya düşən avtomobilin videosu sosial şəbəkədə geniş yayılıb. Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 18-i günorta saatlarında qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, “Mercedes” markalı avtomobil ilk olaraq park edilmiş 90-UR-114 dövlət nömrə nişanlı “Nissan” markalı maşın tərəfindən vurulub. Belə ki, yolu müşahidə etməyən sürücü hərəkətdə olan “Mercedes”ə məhəl qoymadığı üçün qəza qaçılmaz olub. Lakin xoşbəxtlikdən o, anidən nəqliyyat vasitəsinin hərəkətini saxlayaraq daha ağır qəzanın qarşısını alıb.
Videonun digər kadrında isə, dar yolda düzgün istiqamət seçməyən “Mercedes” ikinci dəfə qəzaya uğrayıb. Nəticədə avtomobil əks yoldakı yük maşınına dəyib. Hadisə zamanı maşının yan güzgüzü yararsız hala düşüb.
Nərmin
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY












