“Mercedes”lə “Hyundai” toqquşdu, sürücü və sərnişin ağır yaralandı - VİDEO

Şəki-Qax yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 5-i səhər saatlarında qeydə alınlb.
Belə ki, hərəkətdə olan 90-RN-614 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın, 77-KG-203 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə toqquşub.
İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə bir-birinə çırpılan nəqliyyat vasitələri yararsız hala düşüb.
Həmçinin hadisə zamanı “Mercedes”də olan iki nəfər - 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov və 1949-cu il təvəllüdli Çingiz Kamal oğlu Səmədov aldığı bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Avtosfer.az-a bildirib ki, hadisəylə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nərmin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












