Məşhur aktyor vəfat etdi

Qəzalar 3 Oktyabr 2026 09:00
Məşhur aktyor vəfat etdi
WhatsApp kanalımıza abunə olun

46 yaşlı israilli aktyor Qay Kapulnikin idarə etdiyi yüngülmotorlu təyyarə ABŞ-də qəzaya uğrayıb.

Avtosfer.az xəbər verir ki, təyyarə 24 sentyabrda Kaliforniyanın Hesperia hava limanı yaxınlığında qəzaya uğrayıb. Aktyor "Aeronca Champion" təyyarəsini idarə edirmiş. Təyyarənin göyərtəsində Kapulnikin uçmağı öyrətdiyi sərnişin olub. Aktyor və qadın qəzadan sağ çıxa bilməyiblər.

Qəzanın səbəbi hələ də məlum deyil. Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparır.

 

Oxunub : 142
ŞƏRH YAZ
Ad

E-mail

Şərh