Məşhur idmançı yol qəzasında həlak oldu - FOTO

Dünya marafon rekordçusu keniyalı Kelvin Kiptum avtomobil qəzasında dünyasını dəyişib.
Fevralın 11-də idmançının idarə etdiyi avtomobil Keniyanın Kaptaqata şəhəri yaxınlığında qəzaya uğrayıb. İdmançının idarəetməni itirərək ağaca çırpıldığı bildirilir. Avtomobildə Kiptumdan başqa daha iki sərnişin olub. Onun məşqçisi Gervais Hakizimana da dünyasını dəyişib. Daha bir qız isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
8 oktyabr 2023-cü ildə Kiptum Çikaqo marafonunda məsafəni 2 saat 35 saniyəyə qət edərək dünya rekordu qırıb. Bundan əvvəl rekord onun həmyerlisi Eliud Kipçogeyə (2:01.09) məxsus olub.
O, 2023-cü il London marafonunun da qalibi olub.
Kiptum 2022-ci ildə İspaniyanın Valensiya şəhərində marafonda debüt edib və tarixdə məsafəni iki saat iki dəqiqədən az müddətdə qət edən üçüncü şəxs olub. (lent.az)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












