Mingəçevirdə 66 yaşlı kişini maşın vuraraq öldürüb
Qəzalar
21 Aprel 2022 13:38
Oxunub 1442

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Şəhər sakini, 66 yaşlı Mehdiyev Yaşar Əsgər oğlu yolu keçərkən hərəkətdə olan “Mercedes” markalı, 90 XD 885 dövlət qeydiyyat nişanlı avtomobil onu vurub. Nəticədə ağır xəsarətlər alan Y.Mehdiyev hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
APA
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













