Motosiklet yük maşını ilə toqquşub, xəsarət alan var

Şəki rayonunda motosikletlə yük maşını toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 17 radələrində Şəki şəhərinin Oğuz yolu adlanan ərazisində baş verib. Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Rəvan Oqtay oğlu Əhmədov idarə etdiyi 99 A 318 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək motosikleti Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Mahir Knyaz oğlu Məmmədovun idarə etdiyi “İzuzu” markalı, 10 ZR 791 dövlət nömrə nişanlı xırda tutumlu yük maşınına vurub. Qəzadan sonra motosikletin sürücüsü Rəvan Əhmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Şəki RMX-dan bildirilib ki, Rəvan Əhmədov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










