Müğənni qəzaya düşdü: prodüseri öldü – VİDEO

Rusiyanın Krasnodar diyarında ötən gün 19:50 radələrində yol qəzası baş verib.
Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, “Lexus GS300” markalı avtomobilini idarə edən 24 yaşlı sürücü “Qafqaz” şosesində qarşısında gedən yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Lexus” markalı avtomobildə olan 34 yaşlı sərnişin həlak olub. Sürücü xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb sürücünün distansiyanı saxlamaması olub”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə İdarəsinin yaydığı məlumatda qeyd olunur.
Qəza nəticəsində məşhur şəxslərin xəsarət alması xəbərini hüquq mühafizə orqanlarında olan mənbə təsdiqləyib. Bildirilib ki, qəzaya düşən şəxs azərbaycanlı Elbrus Canmirzəyevdir. O, Azərbaycanın ən məşhur pop ifaçılarından biridir.
Müğənninin rəsmi saytında qeyd olunub ki, hazırda o, Dağıstanda yaşayır, Tolyatti Dövlət Universitetində hüquq fakültəsində təhsil alır.
Hadisə nəticəsində dünyasını dəyişən şəxs yunan müğənni Alexandros Tsopozidisin prodüseri Kamran Əmirovdur.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












