“Mustang” məhəccəri, yol nişanını qoparıb ağır qəzaya uğradı - ANBAAN VİDEO

Səbail rayonu Xəqani küçəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 19-u saat 23:53 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, “Ford Mustang” markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə idarəetməni itirən sürücü avtomobili öncə dəmir məhəccərə, ardınca yol nişanına vurub. Ağaca dəyən maşın daha sonra hərəkətini saxlayıb. Qəza zamanı avtomobil sıradan çıxıb, həmçinin sürücü xəsarət alıb.
Qeyd edək ki, sosial şəbəkədə yayılmış qəza görüntüsü müzakirələrə səbəb olub. Hadisə zamanı yol kənarında park edilmiş “Hyundai” markalı avtomobilin qəzadab yan keçməsi insanların marağına səbəb olub.
Nərmin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












