Namiq Mənanın qızı və nəvəsi qəza keçirdi - ANBAAN VİDEO

Quba rayonunda yağan qar səbəbilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub. Hadisə avtomobildə olan uşaq tərəfindən anbaan lentə alınıb. Avtosfer.az Bakupost.az-a istinadla xəbər verir ki, sonradan qəzaya düşən avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub. Yaydığımız videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir. Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedoqoji fəaliyyət göstərir. Bakupost.az-ın ictimailəşdirdiyi hadisə cəmiyyətdə böyük rezonans doğurub, bir daha qarlı-buzlu hava şəraitində, xüsusən dağlıq ərazilərdə avtomobillə hərəkətin nə qədər təhlükəli olduğunu gündəmə gətirib.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












