“Nazlifan” dəmiryol keçidində qatarın yoluna çıxıb - FOTO

Bu gün saat 07:10 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Sitalçay yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 75-Vl-639 olan “Nazlifan” markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın yoluna çıxıb.
Bu barədə Avtosfer.az-a ADY-dən bildirilib. Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.
"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.
Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı











