Neftçalda velosiped sürən “Şaxta baba”nı maşın vurub

Keçən ilin 29 dekabrında Neftçala şəhəri H.Əliyev prospektində velosipedlə hərəkət edən Ələkbər Qasımov 90-EG-827 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobillə vuran Elxan Dadaşovun məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, məhkəmə avtomobili sərxoş vəziyyətdə idarə edən Elxan Dadaşovu 9 ay müddətinə azadlqıdan məhrum etsə də, onun cəzası şərti hesab olunub.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, rayonun tanınmış ağsaqqallarından biridir:
“Həmişə camaat içində nümunəvi davranmağa, başqalarını qanunsuz hərəkətlərdən çəkinməyə çağırmışam. Rayonda kifayət qədər nüfuza və hörmətə malikəm. Heç vaxt düşünə bilməzdim ki, ahıl yaşında başına belə hadisə gələ bilər. Əməlindən çox peşmanam. Hazırda zərərçəkmiş şəxslə barışmışam və ona vurulmuş ziyanı tam olaraq ödəmişəm”.
Zərərçəkmiş şəxs isə bildirib ki, işsiz olduğu üçün hər il Yeni il bayramı ilə əlaqədar olaraq şaxta baba paltarı geyinib onu dəvət edən şəxslərin evlərinə gedərək uşaqlarını əyləndirir:
“Şaxta baba paltarında velosipedlə hərəkətdə olan zaman arxadan nəyinsə məni vurduğunu hiss etdim. Zərbənin təsirindən yıxıldım və huşumu itirdim. Ayıldıqda Salyan rayonunda xəstəxanada olduğunu gördüm. Məni xəstəxanaya kimin apardığını bilmədim. Sonradan bildim ki, məni Elxan Dadaşov vurub. Təqsirləndirilən şəxs bütün müalicə və s. xərclərimi tam olaraq ödəyib. Onunla barışmışam və qarşı tərəfələ bağlı heç bir şikayətim, tələbim yoxdur”.
Qeyd edək ki, Elxan Dadaşov velosipedlə hərəkət edən şəxsi vurduqdan sonra irəlidəki saat qülləsi ilə toqquşub.
Lerikdə avtomobil dərəyə aşdı - Bir ailənin üç üzvü xəsarət aldı
Tovuzdakı qəzada ölən 20 yaşlı gəncin FOTOsu
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTO
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var - ADLAR
Hava Limanı yolunda iki avtomobil toqquşub - FOTOLAR
Bakıda "BYD" "Prius"la toqquşdu: Biri aşdı, digəri isə... - VİDEO
Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO
Bakıda motosiklet avtomobilə çırpıldı, yeniyetmə ağır xəsarət aldı
Ağdamda iki "07" toqquşdu; dörd nəfər xəsarət aldı - FOTOLAR
Yuxusuz sürücülərin törətdiyi qəzaların görüntüləri yayıldı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Ağcabədidə iki maşın toqquşdu - Ölən var - FOTO










