Ödənişli yolda ölüm gətirən amillər: Dərhal hərəkətə keçməlidirlər - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 2 gün əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölümlə nəticələnən avtoqəza baş verib.
Ölkə.az xəbər verir ki, hadisə nəticəsində 26 yaşlı Cəfər Həsənov vəfat edib.
Təəssüf ki, bu hadisə sözügedən yolda ölümlə nəticələnən ilk qəza hadisəsi deyil. Ötən ilin noyabrında da sözügedən yolda baş verən qəza nəticəsində 2 nəfər dünyasını dəyişmişdi.
Bu da ödənişli yolda təhlükəsizlik məsələsini gündəmə gətirib.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan yol-nəqliyyat eksperti Eldəniz Cəfərov 3 məqama diqqət çəkib.
"İlk növbədə həmin magistral yol işıqlandırılmalıdır. Təəssüf ki, həmin yolda işıqlandırılma yoxdur və yaxud da qismən var. Bu da, əlbəttə, sutkanın qaranlıq saatlarında qəza riskini artırır. Qəza olan zaman da opertiv nəqliyyat vasitələrinin - məsələn, təcili tibbi yardım avtomobilinin də oraya gəlib çatması problematik olur. Həmin yolda avtomobil təmiri, təcili yardımla bağlı hər hansı bir köşk də mövcud deyil. Ona görə də düşünürəm ki, bu məsələlərə də xüsusi diqqət yetirilməlidir.
Buradan belə bir sual meydana çıxır: nəyə görə bu magistral yol işıqlandırılmayıb? Düşünürəm ki, müvafiq qurumlar bununla bağlı hərəkətə keçməlidirlər. Nə qədər ki bu yol işıqlandırılmayıb, yolda konkret sürət həddi təyin edilməyib, əlbəttə, qəzalar qaçılmaz olacaq",- deyə o söyləyib.
Ekspert əlavə edib ki, digər bir məsələ isə qar yağan zaman yolun qardan təmizlənməsi məsələsidir: "Bu da həyata keçirilməli idi ki, qəza riski azalsın".
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












