Ötmənin qadağan olunduğu yerdə qayda pozan sürücü ağır qəza törətdi; öldü – FOTO - VİDEO

Qayda pozan sürücü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətində havanın şaxtalı və qarlı olması səbəbindən Yekaterinburq-Rej-Alapayevsk avtomobil yolunda görünüş məsafəsi aşağı düşüb. Hava şəraitini nəzərə almayan “UAZ-425” markalı maşının sürücüsü yolun “Ötmək qadağandır” hissəsində ötmə əməliyyatını yerinə yetirən zaman əks istiqamətə keçib və qarşıdan gələn “Qazel” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən “UAZ” deformasiyaya uğrayıb, “Qazel”in isə yük yeri bir neçə metr kənara düşüb.
Qəza nəticəsində “UAZ”ın sürücüsü ölüb, dörd sərnişi və yük maşınının sürücüsü xəstəxanaya aparılıblar.
Bundan əlavə, qəzanı qeydə alan nəqliyyat vasitəsinə də zərər dəyib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO















