Piyadaların “haqlı” çıxarıldığı YOL QƏZALARI: “Bunun qarşısını almağın tək yolu...”

“Çox adam elə düşünür ki, piyadanı maşın vurursa, günah mütləq sürücüdədir”.
Bu fikirləri piyadaların səbəb olduğu qəzaların qarşısının alınması istiqamətində atılması vacib addımlar haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hər il piyadaların səbəb olduğu qəzalarla bağlı onlarla fakt qeydə alınır:
“Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri ən aktual problemlərdən biridir. Məlumdur ki, burada təkcə sürücülərin yox, birmənalı şəkildə piyadaların günahı ucbatından baş verən qəzaları da qeyd etməliyik.
Piyadaların səbəb olduğu yol-nəqliyyat qəzaları əsasən keçidlərdən istifadə edilmədiyinə görə baş verir. İstintaq orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində və bunlarla bağlı yayılan video görüntüləri izləyəndə də bunun belə olduğu üzə çıxır. O baxımdan, cərimələrə daha çox önəm vermək lazımdır.
Hesab edirəm ki, bunun qarşısını almağın tək yolu cərimələrin artırılmasıdır. Çünki göründüyü qədər, sözlə, çağırışla heç bir nəticə əldə olunmur. Çox adam elə düşünür ki, piyadanı maşın vurursa, günah mütləq sürücüdədir. Əvvəlcə bunu başa düşməliyik ki, qaydanı piyada pozursa, cəzalandırılan da elə piyada olmaldır”.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












