Qaxda mikroavtobusla minik avtomobili toqquşub, ölən var - VİDEO

Qax rayonunda yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Balakən rayon sakini, 1978-ci il təvəllüdlü İlham Qardaş oğlu Kərimovun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusla VAZ markalı avtomobil toqquşub. Nəticədə minik maşınının sürücüsü, Qax rayonunun Əmbərçay kənd sakini Namiq Məhəmməd oğlu Hətəmov hadisə yerində ölüb. Mikroavtobusda olan 8 sərnişindən heç biri xəsarət almayıb. Qəza nəticəsində beton elektrik dirəyi qırılaraq aşıb.Yaxınlıqda olan Əmbərçay kəndinə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda elektrik enerjisinin bərpası üçün işlər aparılır.
Məlumata görə, mikroavtobus Balakəndən Bakıya hərəkət edib. Qəza nəticəsində yolda qalan sərnişinlər digər mikroavtobusla Bakıya yola salınıblar.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












