Qazaxdakı dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu

Qazax rayonunda ağır qəzada ölən və yaralananların adları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Qazax rayonu Qazax-Cəfərli avtomobil yolunun Xanlıqlar kəndi ərazisindən keçən hissəsində baş verib.
1997-ci il təvəllüdlü Şadət Məhəmməd oğlu Mustafayev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə hərəkət edən 1968-ci il təvəllüdlü Məqsəd Oruc oğlu İbrahimovun idarə etdiyi "Opel" markalı 35-BO-470 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində "Opel" markalı avtomobilin sürücüsü Məqsəd İbrahimov və həmin avtomobildə sərnişin qismində olan 1955-ci il təvəllüdlü Fəxrəddin Mustafa oğlu Mustafayev hadisə yerində, 1958-ci il təvəllüdlü Sakibə Camal qızı Mustafayeva isə Qazax Rayon Mərkəzi Xəstəxanasında (RMX) ölüblər, "Mercedes-Benz" markalı avtomobilin sürücüsü Şadət Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax RMX-yə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Naxçıvanda AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO
Bərdədə qəza: Ölən var
Goranboydakı qəzada həlak olan iki nəfərin kimliyi bilindi - FOTO
Goranboyda ağır qəza - Ölənlər var
68 yaşlı motosiklet sürücüsü qəzada ÖLDÜ
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO
Zaqatalada maşın ağaca çırpıldı - Sürücü yanaraq ÖLDÜ
Bakıda dəhşətli qəza: “BYD” ilə toqquşan “Mercedes” ikiqat oldu - VİDEO
Yasamalda qəza: “BYD” yolun ortasında aşdı - VİDEO










