Gürcüstanda sərhədi keçmək istəyən TIR-lar üçün yeni qayda

Gürcüstanda quru sərhəd-keçid məntəqələrinin yaxınlığında yük avtomobilləri üçün nəzərdə tutulan dayanacaqlar yeni qaydalarla fəaliyyət göstərəcək.
Avtosfer.az xəbər verir ki, sərhəd-keçid məntəqələrindən 20–25 kilometr radiusda yerləşən yük avtobusları və TIR-lar üçün dayanacaqların sahibləri Quru Nəqliyyatı Agentliyinə obyektin planını təqdim etməlidirlər. Planda giriş və çıxış sxemi, dayanacaq yerlərinin, eləcə də ərazidəki tikililərin yerləşməsi göstərilməlidir.
Yeni qaydalara əsasən, belə dayanacaqlarda bir yük avtomobilindən alınan ödəniş 80 laridən (təxminən 30 dollar) çox ola bilməz. Bu məhdudiyyət dayanacaq rəhbərliyinin müəyyən etdiyi tarifdən və nəqliyyat vasitəsinin orada nə qədər gözləməsindən asılı olmayaraq qüvvədə olacaq.
Bundan başqa, Gürcüstanın sərhəd-keçid məntəqələrinə istiqamətlənən bütün yük avtomobilləri növbələrini yalnız elektron növbə idarəetmə sisteminə qoşulmuş rəsmi dayanacaqlarda gözləməli olacaqlar.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












