Bayraq Meydanının yanında sürücülərin görə bilmədiyi radar - VİDEO

Qaydalar 24 Avqust 2026 10:00
Bayraq Meydanının yanında sürücülərin görə bilmədiyi radar - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Səbail rayonunda, Bayraq Meydanının yanında əksər sürücülər hərəkət sürətini aşdıqları üçün radara düşürlər. Avtosfer.az xəbər verir ki, sözügedən ərazidə sürət həddinin aşılması səbəbindən dəfələrlə yol-nəqliyyat hadisəsi baş verib. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə əraziyə təhkim olunan Yol Patrul Xidməti avtomobilində quraşdırılmış “E-patrul” sistemi vasitəsilə qaydaları pozan sürücülər müəyyən edilir və barələrində müvafiq tədbirlər görülür.

Sürücülərə tövsiyə olunur ki, həmin ərazidə hərəkət edərkən sürət həddinə ciddi əməl etsin və avtomobili saatda 60 kilometrdən artıq sürətlə idarə etməsinlər. Əks halda sürət həddinin aşılmasına görə inzibati məsuliyyətə cəlb oluna bilərlər.

 

Fərid

Oxunub : 244
ŞƏRH YAZ
Ad

E-mail

Şərh