Qəza törədən içkili “Prius” sürücüsü sükan arxasında yatıb qaldı - VİDEO

Paytaxtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza martın 10-u saat axşam saatalrında baş verib. Hərəkətdə olan 77-DN-653 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil, “Niva” markalı maşınla toqquşub. İddialara əsasən, qəzaya səbəb “Prius” sürücüsünün içkili halda sükanı idarə etməsi olub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Qəza zamanı xəsarət alan olmayıb. Hadisənin qəribə tərəfi isə qəzadan sonra “Prius” sürücüsünün sükan arxasında yatması olub. Belə ki, zərərçəkmiş sürücü və sərnişin onu ayıltmağa çalışsalar da oyanmayıb.
Qeyd edək ki, qəzanın görüntüsü sosial şəbəkədə müzakirələrə səbəb olub. Hadisə şahidləri sürücünün içkili halda avtomobili idarə etdiyini bildiriblər.
NərmiN
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












