Qəza törədən sürücü maşının nömrəsini açıb qaçdı

Bakı - Quba yolunun 11-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verib. Sumqayıtdan paytaxt istiqamətində yüksək sürətlə hərəkətdə olan “Moskviç” markalı avtomobilin sürücüsü maşının idarə etməsini itirib. O, avtomobili saxlamaq istəsə də buna nail ola bilməyib. Nəticədə avtomobil yol kənarındakı dəmir səddə dəyərək daş hasara çırpılıb. Avtomobil yarasız hala düşüb. Qəza zamanı maşında sürücü və 3 sərnişin olub. Xoşbəxtlikdən onlar arasında xəsarət alan olmayıb. Sürücü və sərnişinlər dərhal hadisə yerini tərk ediblər. Polisdən verilən məlumata görə, avtomobilin qeydiyyat nişanını da sürücü hadisə yerini tərk edərkən özü ilə aparıb. Hadisə şahidləri qəza törədən sürücünün Sumqayıt şəhərindən gələrkən yolda bir neçə dəfə qəza şaraiti yaratdığını bildiriblər. Sürücünün hadisə vaxtı sərxoş olduğu bildirilir. Sərnişinlərdən ikisi qadın olub. Faktla bağlı baş dövlət yol polis idarəsində araşdırmalar aparılır. Qəzanı törədən sürücünün kimliyi və hadisənin səbəbləri bu araşdırmalardan sonra məlum olacaq. Anspress
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










