Quba-Xaçmaz yolunda zəncirvari qəza: 4 maşın sürüşərək dərəyə düşdü - VİDEO

Quba-Xaçmaz yolunda 4 avtomobil qəzaya ardıcıl olaraq qəzaya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 30-u səhər saatlarında qeydə alınıb. Belə ki, “Volkswagen”, iki “VAZ-2107” və “Mitsubishi Pajero” markalı avtomobillər qəzaya uğrayıb.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Avtosfer.az-a bildirib ki, hadisəyə səbəb yolun buz bağlaması və ara məsafəsinin düzgün seçilməməsi olub. DİN rəsmisi onu da əlavə edib ki, sürücülər arasında xəsarət alan olmasa da 3 avtomobilə maddi ziyan dəyib.
Qeyd edək ki, son günlərdə qəza olan ərazidə baş vermiş yol-nəqliyyat hadisələrinin sayı artıb. Qarlı hava şəraitiylə əlaqədar yolda hərəkətin çətinləşməsi avtomobillərin qəzaya uğramasına səbəb olub.
Nərmin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












