Qubada ağır QƏZA: yaralılardan biri öldü - VİDEO - YENİLƏNİB

Quba rayonunun Xucbala kəndi ərazisində VAZ-2109 və “Opel” markalı minik avtomobilləri toqquşublar.
Hadisə nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan biri vəfat edib.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan bildirilib ki, vəziyyəti ağır olan 1954-cü il təvəllüdlü Nazif Nəriman oğlu Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Qardaşının sözlərinə görə, mərhum evli olub və iki uşağı var:
“Mənə zəng edib dedilər ki, Şahdağ yolunda qardaşın qəza keçirib, sürücü ilə birlikdə beş nəfər olublar. Gəldim qardaşımın yanına, vəziyyəti yaxşı idi. Sonra qan verməyə getdi, dedilər ki, qardaşın vəfat edib”.
Ətraflı Baku TV-nin süjetində:
***
Quba-Qusar yolunun Qubanın Xucbala kəndindən keçən hissəsində - modul elektrik stansiyasının yanında yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, “Vaz 2108” markalı avtomobillə "Opel" markalı maşın toqquşub.
Xəsarət alanlar var. Hazırda sürücülərin və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
bizim.media

Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












