Banner

Qubada avtomobil aşıb: Ölən və xəsarət alanlar var

Qəzalar 10 Noyabr 2026 08:59
Qubada avtomobil aşıb: Ölən və xəsarət alanlar var
WhatsApp kanalımıza abunə olun

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 128
ŞƏRH YAZ
Ad

E-mail

Şərh