Qubada minik avtomobili ağaca çırpıldı: 2 ölü, 3 yaralı - FOTO - YENİLƏNİB

Quba-Xaçmaz yolunda baş verən ağır qəzada ölənlərin və yaralananların adları məlum olub.
Hadisə zamanı Arif İmamquluyev və Elmar Məmmədov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Sürücü Fərhad İbrahimov və sərnişinlər - Mustafa Əkbərov, Akif Qurbanovun vəziyyəti isə orta-ağırdır.
Onların müalicəsi Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır. (apa)
***
Qubada baş verən qəzəda iki nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsinin ağaca çırpılması nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
“Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır. (apa)
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY














