Salyanda mikroavtobus aşdı, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Bu gün, saat 12:30 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən kecən 45-ci kilometirliyində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, Neftçala rayon sakini Abdulla Əsgərovun Salyan-Şirvan marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı, 99-SK-685 dövlət qeydiyyat nişanlı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, 6 nəfər sərnişinə isə ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
***
Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində səkkiz nəfərin xəsarət aldığı məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, bunlar Salyan sakini, 1964-cü il təvəllüdlü İlqar Dursun oğlu Əsgərov, 2006-cı il təvəllüdlü Aysun Elmir qızı Əsədova, 1960-cı il təvəllüdlü Telman Sabir oğlu Əzizov, 1950-ci il təvəllüdlü Qönçə Habil qızı Rəhimova, 1951-ci il təvəllüdlü Südabə Allahverən qızı Mehdiyeva, 1969-cu il təvəllüdlü Nigar Məzahim qızı Qarayeva, 1957-ci il təvəllüdlü Qətibə Seyfulla qızı Əliyeva və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Aysel Valeh qızı Əsgərovadır.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Salyan rayonunda yol qəzası baş verib.
Avtosfer.az-ın xəbər verir ki, hadisə Salyanın Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
Mikroavtobusun aşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı











