Salyanda “NİVA” və “06” toqquşdu: 2 ölü, 3 yaralı – FOTO - VİDEO

Salyanda baş verən yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
Avtosfer.az-ın məlumatına görə, onlar rayonun Şorsulu kənd sakini Əhmədov Mustafa Allahyar oğlu və Biləsuvar sakini Mübaşir adlı şəxsdir. Hər ikisi meşə təsərrüfatının işçisidir.
Qəzada yaralanan Şorsulu kənd sakinləri, 1996-cı il təvəllüdlü Zeynalov Samid Eldəniz oğlu, 2009-cu il təvəllüdlü Quliyev Cəlal Ceyhun oğlu və digər hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
**
Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var.
Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “NİVA” və “VAZ-2106” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
Hazırda hadisə yerinə təcili yardım briqadası və hüquq-mühafizə orqanları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.



Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO











