Beynəlxalq axtarışda olan şəxs Özbəkistana təhvil verildi

Özbəkistan Respublikasının vətəndaşı, 2000-ci il təvəllüdlü Mahmudov Muzaffar Mavdudoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Avtosfer.az xəbər verir ki, Özbəkistan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan xüsusilə külli miqdarda vergiləri və yığımları ödəməkdən yayınma, xüsusilə külli miqdarda zərər vurmaqla ticarət və xidmət göstərilməsi qaydalarının pozulması və qeyri-dövlət kommersiya və digər qeyri-dövlət təşkilatının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərində ittiham edilərək beynəlxalq axtarışa verilmiş M.M.Mahmudov cari ilin sentyabr ayında Azərbaycan Respublikası ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO












