Şamaxıda ağır qəza: Xəsarət alan VAR - YENİLƏNİB

Şamaxı rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan iki nəfər Bakı şəhərindəki tibb müəssisəsinə köçürülüb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumatda qeyd edilir ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər (kişi) dünən gecə saat 01 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərdən 2005-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
2005-ci il təvəllüdlü digər 2 nəfər (kişi) isə ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub./oxu.az
***
Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
Şəhər ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












