Samuxda yanacaq daşıyan maşın aşıb, 40 ton benzin yola dağılıb - FOTO

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Gəncə -Samux avtomobil yolunun 2-ci km-də qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı ağır tonajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yanacaq daşıyan maşının yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb.
Dərhal hadisə yerinə FHN- nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısını alınması istiqamətində tədbirlər həyata keçirilib. Yük maşınının yolun hərəkət hissəsinə aşması nəticəsində Gəncə -Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb olunub, sürücülər alternativ yollara yönləndirilib.
DYP əməkdaşları yolda hərəkəti bərpa ediblər. Faktla bağlı araşdırma aparılır.
apa
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO















