Şəkidə ağır qəza: Beş nəfər yaralandı - VİDEO

Şəkinin Vərəzət kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baku TV xəbər verir ki, Şəki sakini Şirxan Mikayılovun idarə etdiyi minik avtomobili ilə Elçin Məmmədova məxsus yük maşını toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan 19 yaşlı sərnişin Həsən Əhmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həsən Əhmədova açıq kəllə-beyin travması diaqnozu qoyulub. 19 yaşlı gənc komaya düşdüyündən dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Qəza zamanı avtomobildə olan daha dörd nəfər yüngül xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Xəsarət alan beş nəfərin hamısı rayonun Baş Zəyzid kəndinin sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












