Sərnişin avtobusu TIR-la toqquşdu, 10 nəfər öldü
Qəzalar
25 Fevral 2024 14:20
Oxunub 426
Meksikanın mərkəzində San-Luis Potosi şəhəri yaxınlığında sərnişin avtobusunun TIR tipli yük avtomobililə toqquşması nəticəsində azı 10 nəfər ölüb, 10 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Heraldo de Mexico” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, ölənlər arasında dörd azyaşlı da var. Yaralılar xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.
TIR-ın sürücüsünün hadisə yerindən qaçdığı qeyd edilir. Polis hadisənin səbəblərini araşdırır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR