Siyəzəndə minik avtomobili aşıb, yaralananlar var - FOTOLAR - YENİLƏNİB

Siyəzən rayonu ərazisində KİA markalı minik avtomobilinin aşması nəticəsində yaralananların adları müəyyənləşib.
Avtosfer.az xəbər verir ki, Bakı-Quba yolunun Siyəzən rayonu Yenikənd kəndi ərazisində baş verən qəzada xəsarət alanların hər ikisi Şabran rayon sakinləridir. Hadisə zamanı sürücü Ağayev Seymur Zahid oğlu və sərnişin Qasımov Aqil Qabil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, müalicələri tibb müəssisəsində davam etdirilir.(unikal)
***14:31
Siyəzən rayonu ərazisində minik avtomobilinin aşması nəticəsində iki nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Kia Spotage” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.




Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












