Siyəzəndə qəza: “Toyota”yla toqquşan “QAZ” hasara çırpıldı - VİDEO

Siyəzən rayonu Qalaaltı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 18-i səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 77-KF-071 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil 53-BA-100 dövlət nömrə nişanlı “QAZ 24” markalı maşınla toqquşub. Qəzaya səbəb asfalt örtüyünün buz bağlaması olub. Nəticədə “Toyota” sürücüsü idarəetməni itirərək “QAZ 24”ü vurub. O isə öz növbəsində yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı sürücülər arasında xəsarət alan olmasa da nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Qeyd edək ki, DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov baş vermiş qəzayla əlaqədar Avtosfer.az-a məlumat verib. O, bildirib ki, faktla bağlı qanunamüvafiq tədbir görülüb.
Nərmin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












