Sumqayıtda “Tesla”nın təkərinə dəyən “Hyundai” aşdı - ANBAAN VİDEO

Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində baş vermiş yol qəzası anbaan təhlükəsizlik kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 7-də saat 19:34 radələrində qeydə alınıb. Hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil, “Tesla” markalı maşınla toqquşaraq aşıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “Tesla” sürücüsünün manevr qaydasını pozması olub. Belə ki, o, “Hyundai”ın önünə anidən keçib və bu vaxt sürücüyə təhlükə yaradıb. “Hyundai” sürücüsü tormoz verərək qəzanın qarşısını almağa çalışsa da bacarmayıb. “Tesla”nın sol arxa təkərinə dəyən maşın idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “Hyundai”ın sürücüsü başından xəsarət alıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












