Sürücü diqqətsizliyi dəmiryolunda iki qəzaya səbəb oldu - FOTO

Zaqatalada “Qazel” qatarla toqquşub.
Hadisə Yevlax-Balakən dəmir yol xəttinin Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.
Hadisə şahidlərinin verdikləri məlumata görə, “Qazel” markalı yük maşını Yevlax-Balakən dəmir yol xətti ilə hərəkətdə olan yük qatarı ilə toqquşub. Qəza zamanı “Qazel”in sürücüsü, rayonun Fındıqlı kənd sakini Etibar Zahid oğlu Abbasov yüngül xəsarət alıb.
E.Abbasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
***
“Azərbaycan Dəmir Yollarə” QSC (ADY) nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən yüksək sayıqlıq göstərməyə, sürət həddini aşağı salmağa, yol nişanlarını diqqətdə saxlamağa və qatarın gəlmədiyinə tam əmin olduqdan sonra hərəkəti davam etdirməyə çağırır.
ADY-dənAvtosfer.az-a verilən məlumata görə, bu gün sürücü diqqətsizliyi 2 qəzaya səbəb olub.
Məlumata görə, Zaqatala stansiyasında teplovoz dəmiryol keçidində hərəkət edərkən “Qazel” markalı yük avtomobili qəfil dəmir yoluna çıxaraq toqquşmaya səbəb olub.
“Digər hadisə isə Salyan rayonu ərazisində baş verib. "KİA" markalı avtomobil dəmiryol keçidinə yaxınlaşarkən yol nişanlarını nəzərə almadan sürətini azaltmayıb və hərəkətdə olan teplovozla toqquşub”, - məlumatda qeyd olunur.
Bildirilir ki, hər 2 hadisə nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması və nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 100 manat məbləğində cərimə edilir.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO













