Sürücülük vəsiqəsi olmayan sərxoş qadın “Tofaş”la qəza törətdi – 1800 manat cərimə - VİDEO

Sürücülük vəsiqəsi olmadan və içkili vəziyyətdə avtomobil idarə edərək qəza törədən qadın saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Ədirnə şəhərində baş verib.
Məlumata görə, qadın sürücü idarə etdiyi 22-DS-659 nömrə nişanlı “Fiat Tofaş” markalı avtomobillə hərəkətdə olan zaman piyada keçidinin yaxınlığında sükan idarəetməsini itirərək səkinin beton baryerlərə çırpılıb. Zərbənin təsirindən avtomobil səkinin dəmir arakəsmələrini sındıraraq yolun əks istiqamətinə keçərək dayanıb.
Bundan əlavə, həmin anda piyada keçidindən keçən bir şəxs avtomobilin üzərinə gəldiyini görüb və müvazinətini itirərək yerə yıxılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.
Polis əməkdaşları tərəfindən alkoqol testindən keçirilən sürücünün 3,85 promil sərxoş olduğu və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən edilib. Qadın ümumilikdə 1800 manat məbləğində cərimələnib.
O, ifadə vermək üçün polis bölməsinə, avtomobili isə cərimə meydançasına aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Namiq Musayev
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












