Şüşənin buxarı ağır qəzaya səbəb oldu – Sürücüyə 36 ay şərti cəza verildi - VİDEO

Ön şüşəsi buxar bağlayan sürücü ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, Uelsdə baş verən hadisənin kadrları kameraya düşüb. Hərəkətdə olan yük maşının sürücüsü hərəkətdə olarkən ön şüşəsi buxar bağlayıb. Yolu görmək üçün buxarı silmək əvəzinə şüşə təmizləyəni qoşan sürücü bir müddət sonra qarşıda təmir işi ilə əlaqədar yolun açılmasını gözləyən avtobusa çırpılıb. Zərbənin təsirindən avtobus da daxil olmaqla 5 avtomobil bir-birinə dəyib.
Qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb, lakin nəqliyyat vasitələrinə ciddi zərər dəyib.
Yük maşınının 57 yaşlı sürücüsü məhkəməyə çıxarılıb. Hakim onun şüşəni təmizləmək üçün kifayət qədər tədbir görmədiyini və bunun da görünüş məhdudiyyəti yarandığına səbəb olduğunu bildirərək günahkar bilib. O, 1,5 il müddətinə sürücülük hüququndan məhrum edilərək 36 ay şərti cəza alıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












