Taksi sürücüsünü bıçaqladılar – Bakıda - VİDEO

Bakıda taksi sürücüsü bıçaqlanıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. "Koroğlu" metro stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Ramin Əvəz oğlu Qaraşovun avtomobilinə sərnişin əyləşib. Sərnişin sürücüdən onu Ramana qəsəbəsinə aparmasını xahiş edib. Mənzil başına çatanda müştəri taksiyə pul vermək əvəzinə cibindən bıçaq çıxarıb. O, sürücüyə hədə qorxu gələrək pul tələb edib. Ramin Qaraşov pul verməkdən imtina etdikdə müştəri bıçaqla ona iki zərbə endirərək ərazidən uzaqlaşıb.
Yaralı ətrafdakı insanların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Həkimlər əməliyyat olunan Ramin Qaraşovun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə barədə 12-ci polis bölməsinə məlumat verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir.
Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










