Toqquşan maşınlar park edilmiş “Ford”a çırpıldı - DİN-dən AÇIQLAMA - VİDEO

Lənkəran şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib
Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 30-u səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil, “VAZ-2107” markalı maşınla toqquşub. İddiaya görə, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə bir-birinə çırpılan nəqliyyat vasitələri yararsız hala düşüb. Həmçinin hadisə zamanı yolun kənarında park edilmiş “Ford Transit” markalı yük maşınına da maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Avtosfer.az-a bildirib ki, qəzayla bağlı araşadırma davam edir. DİN rəsmisi onu da əlavə edib ki, sürücülər arasında xəsarət alan olmasa da 3 avtomobilə maddi ziyan dəyib.
Nərmin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












