Toya gedənlər ağır qəzaya düşdülər; 14 ölü, 27 yaralı
Qəzalar
13 Noyabr 2024 22:52

Pakistanda toy məclisinə gedən avtobusun çaya düşməsi azı 14 nəfərin həlak olması ilə nəticələnib.
Avtosfer.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində, həmçinin 27 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 10 nəfər isə itkin düşüb. Yaralılar təcili olaraq yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.
Hadisə Pakistanın şimalındakı Gilgit-Baltistan əyalətində baş verib. Polisin məlumatına görə, qəzaya avtobus sürücüsünün döngədə idarəetməni itirməsi səbəb olub.
Qeyd edək ki, Pakistanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir. Bu, əsasən əyalətlərdə yol örtüyünün pis vəziyyətdə olması və bir çox hallarda yol hərəkəti qaydalarına əməl edilməməsi səbəbindən baş verir.
Oxunub : 960
DİGƏR XƏBƏRLƏR
31 Oktyabr 2026 18:13
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
31 Oktyabr 2026 14:00
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
31 Oktyabr 2026 09:12
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
30 Oktyabr 2026 17:06
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
30 Oktyabr 2026 12:48
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
30 Oktyabr 2026 12:36
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
30 Oktyabr 2026 11:48
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
30 Oktyabr 2026 09:53
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
30 Oktyabr 2026 08:33
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
29 Oktyabr 2026 18:15
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
29 Oktyabr 2026 11:53
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
29 Oktyabr 2026 10:11
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
ŞƏRH YAZ












