Türkiyədə iki yol qəzasında 7 nəfər öldü: 30 nəfər xəsarət aldı - FOTO

Bu gün Türkiyənin iki ayrı şəhərində müxtəlif vaxtlarda baş vermiş yol qəzalarında ümumilikdə 7 nəfər ölüb, 30 nəfər yaralanıb.
Hadisələrdən biri Kırşehir əyalətinin Akpinar rayonunda baş verib.
Belə ki, ərazidə yolların buz bağlaması və havanın dumanlı olması səbəbindən zəncirvari yol qəzası olub. Nəticədə 2 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
Bundan əlavə, digər yol qəzası səhər saatlarında Diyarbakır şəhərində - Diyarbakır-Silvan avtomobil yolunun Bağdərə hissəsində baş verib. Belə ki, Konyadan-İğdır istiqamətində hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində biri körpə olmaqla 5 nəfər ölüb, 23 nəfər isə yaralanıb.
Bu yol qəzasına da səbəb kimi yağışlı və əlverişsiz hava şəraiti nəticəsində yolların sürüşkən olması göstərilir.
Hər iki hadisənin baş verdiyi ərazilərə polis əməkdaşları, təcilli tibbi yardım və xilasetmə briqadaları cəlb olunub.
Faktlar bağlı araşdırmalar aparılır. (report)
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO























