Ucarda "Mercedes" yoldan çıxıb aşdı - Ağır qəzada 3 ölü, 2 yaralı var - YENİLƏNİB

Ucarda ağır yol qəzasında xəsarət alanların və ölənlərdən birinin şəxsiyyəti məlum olub.
APA-nın məlumatına görə, xəsarət alanlar - Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Qaraxan Mənsur oğlu Qüdrətov və Oruc Mahir oğlu Tağızadədir. Qəzada düynasını dəyişənlərdən biri "Mercedes" markalı avtomaşının sürücüsü, Gəncə şəhər sakini Tural İlham oğlu Həmzəyevdir.
Qəzada ölən digər 2 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.
Qeyd edək ki, yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Hadisə ilə bağlı FHN-in "112" qaynar telefon xəttinə Ucar rayonunun Qaracallı kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir ) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
00:10
Ucarda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə xəsarət alıb. Hələlik ölən və xəsarət alanların adları məlum deyil.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır./Apa
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












