Ucarda qəzada ölən qadınla kişinin kimliyi bəlli oldu

Ucar rayonunda baş vermiş qəzada vəfat edən 3 nəfərin şəxsiyyəti müəyyən edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 20-də Ucar rayonu, Küçəkənd kəndi ərazisindən keçən Bakı-Qazax yolunda Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Tural Həmzəyevin idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb və kanala düşüb.
Nəticədə sürücü T.Həmzəyev və iki sərnişini vəfat edib. Sərnişinlərin şəxsiyyətini isə bir gün sonra müəyyənləşdirmək mümkün olub.
Onların Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Verdiyev Vüsal İsrafil oğlu və Lənkəran rayon Mamusta kənd sakini, 1975-ci il təvəllüdlü Muradova Xuraman Mədaxil qızı olması müəyyən edilib.
Qəzada həmçinin, 1994-cü il təvəllüdlü Oruc Tağızadə və onun həmyaşıdı Qaraxan Qüdrətov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












