Ucarda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO
Qəzalar
16 Aprel 2024 18:45

Ucarda yol-nəqliyyat hadisəsi baş verib. APA -nın xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Qazax istiqamətində hərəkətdə olan mişar daşı yüklü "KamAZ"la "Mercedes Vito" markalı mikroavtobus və "Mercedes" markalı minik maşını toqquşub.
Nəticədə 1974-cü il təvəllüdlü Cavahir İsmayıl qızı İsmayılova və 1976-cı il təvəllüdlü Zaur Aydın oğlu Cabbarlı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Hadisə zamanı yük maşını aşıb, yolun hərəkət hissəsinə mişar daşı töküldüyündən hərəkət nisbətən məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 990
DİGƏR XƏBƏRLƏR
21 Noyabr 2026 14:00
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 18:00
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
20 Noyabr 2026 16:18
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
20 Noyabr 2026 16:15
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
20 Noyabr 2026 13:30
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
20 Noyabr 2026 12:36
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
20 Noyabr 2026 12:03
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
20 Noyabr 2026 09:30
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
19 Noyabr 2026 15:11
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
19 Noyabr 2026 14:11
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
19 Noyabr 2026 13:30
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
19 Noyabr 2026 12:36
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
ŞƏRH YAZ












