Ucarda ZƏNCİRVARİ QƏZA: Ölənlər var - FOTO - VİDEO - YENİLƏNİB

Gecə saatlarında Ucarda baş verən qəzanın bəzi təfərrüatları məlum olub.
Avtosfer.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər - Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayev hadisə yerində ölüb, 22 yaralı isə Göyçay xəstəxanasına gətirilib.
İlkin ehtimala görə, dəhşətli qəzaya yaxınlıqda yerləşən zibil poliqonunda baş verən yanğının tüstüsü səbəb olub. Magistral yolda hərəkətdə olan nəqliyyat vasitələri gözlənilmədən qatı tüstüyə düşüb və görünüş məsafəsi tamamilə məhdudlaşdığından məlum hadisə baş verib.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Ucarda baş verən qəzada hələlik şəxsiyyəti dəqiqləşdirilməyən 1 kişi və 1 qadın ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı xəsarət alan 12 nəfərin adları aşağıdakı kimidir:
1980-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğlu,
2007-ci il təvəllüdlü Əliyeva Səbinə Vasif qızı,
1969-cu il təvəllüdlü Qasımov Mərdan Əkbər oğlu,
1960-cı il təvəllüdlü Əhmədov Şahid Yusif oğlu,
1963-cü il təvəllüdlü Abdulayeva Nəcibə İbrahim qızı,
1955-ci il təvəllüdlü Əliyev Əlövsət İlyas oğlu,
1983-cü il təvəllüdlü Hüseynov Aftandil Rəşid oğlu,
1981-ci il təvəllüdlü Bayramov Samir Rəhim oğlu,
1981-ci il təvəllüdlü Məmmədov Niyaməddin Mahmud oğlu,
1960-cı il təvəllüdlü Əliyeva Günəş Əli qızı,
2020-ci il təvəllüdlü Allahverdizadə Nəriman Taleh oğlu
1981-ci il təvəllüdlü Məmmədov Əlizamin Telman oğlu Ucar Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin yardım göstərildikdən sonra bütün zərərcəkənlər Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.
***
Ucarda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar olub.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, 13 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 10-dan yuxarı şəxs xəsarət alıb.
Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO














