Vəzifəli şəxsi maşın VURUB ÖLDÜRDÜ - FOTO (Yenilənib)

Abşeron rayonunun Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında 49 yaşlı Məmişov Ceyhun Vaqif oğlunu maşın vurub.
O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bildirilib ki, əslən Kəlbəcər rayonundan olan Ceyhun Məmişov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bağlar Sukanal İdarəsində şöbə rəisi vəzifəsində çalışırmış.
***
DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov qəza ilə bağlı bildirib ki, yanvarın 7-də saat 23:30 radələrində Abşeron rayonu Mehdi Hüseynzadə küçəsində C.Abdullayev idarə etdiyi “Nissan Note” markalı avtomobillə piyada Ceyhun Məmişovu vurub. Zərərçəkən aldığı bədən xəsarətləri nəticəsində ölüb. Yol nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY












