Yanacaqdaşıyan maşınla avtobus toqquşub, 14 nəfər yaralanıb
Qəzalar
24 Noyabr 2025 23:33
Oxunub 416

Türkiyənin Şırnak vilayətində ağır yol qəzası baş verib. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, Silopi rayonunda yanacaqdaşıyan maşınla tələbələrin olduğu avtobus toqquşub. Hadisə nəticəsində avtobus sürücüsü və 13 tələbə yaralanıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma başladılıb.
ŞƏRH YAZ














